Sosial
Həyat üzünə güldü: Mağazanı səhv salan qadın, görün nə qədər pul uddu
ABŞ-ın Kentukki ştatında yaşayan qadın ani bir qərar sayəsində böyük sərvət sahibi olub.
Publika.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Hər şey amerikalı qadının lotereyada cəmi 20 dollar qazanması ilə başlayıb. O, uduşu nağdlaşdırmaq üçün həmişə getdiyi yerə deyil, impulsiv bir qərarla heç vaxt baş çəkmədiyi mağazaya yollanıb. Kassada dayanarkən qəfildən daha bir lotereya bileti almaq qərarına gəlib və məhz həmin bilet ona ömrünün şansını gətirib.
Uduşun məbləği 500 min dollar (təxminən 850 min manat) təşkil edib. Vergilər çıxıldıqdan sonra ailə xalis 362 min dollar (təxminən 615 min manat) əldə edib. Qalib qadın o an yaşadığı hissləri belə təsvir edib:
"Nəfəsim kəsildi. Əsməyə başladım, maşın sürə bilmirdim. Deyəsən, bir anlıq huşumu itirmişdim".
Həyəcanla həyat yoldaşına zəng edən qadın onu qorxutsa da, sonradan xəbər hər kəsi sevincə bürüyüb.
Maraqlıdır ki, bu, qadının ilk böyük uğuru deyil, belə ki, o, 2017-ci ildə də 225 min dollar qazanıb.
Yeni qazancı ilə "rahat nəfəs alacağını" deyən şanslı qalib, udduğu pulla qızına kömək edəcək və özünə yeni avtomobil alacaq.
Adəm
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi


















.jpg)













.jpg)



