Dünya
Sərxoş sərnişin təyyarədə soyunmağa çalışdı - Söyüş söydü, stüardessaya hücum etdi
İngiltərədə sərxoş sərnişin, ondan təyyarədə soyunmamağı xahiş edən stüardessaya hücum edib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə Londonun Hitrou hava limanından Dakka istiqamətinə uçuşdan əvvəl baş verib.
Məlumata görə, 35 yaşlı Momnun Əhməd minik zamanı ucadan qışqırıb, salon daxilində paltarını dəyişməyə çalışıb və baş verənləri videoya çəkib. Ekipajın iradlarından sonra isə o, daha da qəzəblənərək söyüş söyməyə başlayıb və stüardessaya hücum edib. “Mən Böyük Britaniya vətəndaşıyam, istədiyimi edə bilərəm,” - deyə qışqırıb.
Qeyd edək ki, həmin şəxs hadisə anında sərxoş olub. Hadisə nəticəsində “Biman Bangladesh Airlines” aviaşirkətinin reysi bir saatdan çox gecikib.
Məhkəmə Əhmədi stüardessaya hücum və aqressiv davranışda təqsirli bilib.
Roza
-
Kriminal18:36Sosial şəbəkə mübahisəsi faciə ilə bitdi - 52 yaşlı kişi...
-
Enerji18:24Azərbaycanın neft ixrac etdiyi TOP 10 ölkə
-
Cənubi Qafqaz16:43Avropa Ermənistana yeni “ordu” göndərir – Paşinyanı qoruyacaqlar
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:43Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 15:07MM-də müzakirə: Nigar Arpadarai bu qanunun əleyhinə çıxdı
-
Rəsmi xronika13:51Milli Məclis Prezident və xanımını təbrik etdi
-
Dünya13:31Laricani öldürüldü - İsraildən iddia
















.jpg)






.jpg)










