Ukrayna zamanla MDB-yə qayıdacaq - Lebedev
Bizi izləyin

Dünya

Ukrayna zamanla MDB-yə qayıdacaq - Lebedev

Ukrayna vaxt keçdikcə Müstəqil Dövlətlər Birliyinə (MDB) qayıdacaq.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB-nin Baş katibi Sergey Lebedev bildirib.

“Biz buna əminik ki, zamanla Ukrayna MDB-yə qayıdacaq. Eynilə Moldova da. Ola bilsin ki, əvvəlki formatda və əvvəlki şəkildə olmasın, amma buna baxmayaraq biz birlikdəyik,” - deyə o bildirib.

Lebedevin sözlərinə görə, Moldova Birlikdən çıxmaq niyyəti barədə MDB-yə rəsmi bildiriş göndərməyib. O xatırladıb ki, bunun üçün parlament qərarı lazımdır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm