Dünya
Çexiyada Qarabağa aid məlumat çadırı - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici
QHT-lər üçün maliyyə müsabiqəsi çərçivəsində dəstəklədiyi Çexiyanın
Təhsil və Tolerantlığın Təşviqi Mərkəzi təşkilatı Praqa şəhərinin
mərkəzi Na Prikope küçəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə dair məlumatlandırma kampaniyası
keçirib.
Publika.az-ın məlumatına görə, təşkilat kampaniya
çərçivəsində təbliğat çadırı quraraq, vətəndaşlara çex və ingilis
dillərində Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli
mövqeyini əks etdirən braşurlar, işğal altında olan ərazilərimizin
xəritələrini, dağıdılmış yaşayış məntəqələrimizin şəkillərini
paylayıb, Praqa sakinlərinin müvafiq suallarını cavablandırıblar.
QHT təmsilçiləri həmçinin aksiyaya maraq göstərən vətəndaşlara
“Xocalıya ədalət” və “Şuşaya Azadlıq” kampaniyaları haqqında da
ətraflı məlumatlar verərək, onlara Azərbaycanın Qarabağ problemi
ilə əlaqədar milli mövqeyini əks etdirən internet resurslarının
ünvanlarını təqdim ediblər.
Qeyd etmək lazımdır ki, əvvəllərdə müxtəlif
QHT-lərin bu cür məlumat çadırları qurmaq təşəbbüsləri olsada Praqa
meriyası müraciətləri müsbət cavablandırmamışdır. Təhsil və
Tolerantlığın Təşviqi Mərkəzinin uzun, israrlı tələbindən sonra
məlumat çadırının qurulmasını meriya ilə razılaşdırmaq mümkün
olub.
-
Magazin123:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO