Dünya
Ukrayna şərqində toqquşmalar davam edir
Ukrayanada separatçılarla atəşkəs elan
olunmasına baxmayaraq, bölgədən hələ də həyacan dolu xəbərlər
gəlir.
Əhalinin Donetsk şəhərindən qaçdığı xəbər
verilir. Şərqi Ukraynada həm də Rusiyanın birinci kanalının
operatoru da öldürülüb.
Publika.az-ın məlumatına görə, Ukrayna prezidenti
Poroşenkonun atəşkəs müddətini iyunun 30-a kimi uzatmasına
baxmayaraq, ölkənin şərqində hələ də toqquşmalar davam edir.
Ölkənin Müdafiə Nazirliyi Slavyanskda hərbi karvan yoldan keçən
zaman hökümət qüvvələrilə separatçılar arasında baş verən atışmanı
əks etdirən videokadrları yayımlayıb. Üsyançılarla döyüşlərdə son
sutkalar ərzində 5 Ukrayna hərbçisinin həlak olduğu xəbər verilir.
Separatçıların nümayəndəsi Ukrayna qoşunlarının Semyonovka və
Slavyansk istiqamətində artileriya zərbələri endirdiyini və
itkilərin olduğunu bildirib.
Donetskdə yerləşən hərbi hissənin ərazisində döyüş
sursatlarının saxlanıldığı anbar partladılıb. Hərbçilər hissəni
tərk etdikdən sonra partlayış baş verib.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatında
bildirilir ki, partlayış məhz anbara naməlum şəxslərin daxil olması
zamanı baş verib. Daxili İşlər Nazirliyinin əhalini belə
partlayışlara görə narahat olmamağa çağırıb.
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO