Müsəlman ölkəsinə görə Kraliça II Elizabet sərt tənqid edildi - UTANCVERİCİDİR
Bizi izləyin

Dünya

Müsəlman ölkəsinə görə Kraliça II Elizabet sərt tənqid edildi - UTANCVERİCİDİR

İngiltərə Kraliçası II Elizabetin Bəhreyn Kralı Həmid Bin İsa Əl Xəlifəni Vindzor Kral At Şousuna dəvət etməsi ölkədə kəskin reaksiyalara səbəb olub.

Publika.az xəbər verir ki, “The Guardian” qəzetinin yazdığına görə hər il keçirilən At Şousunda Əl Xəlifə ilə görüşən Kraliçanın bu addımı cəmiyyətdə müsbət qarşılanmayıb.

Bəhreyn rejiminin müxalifətə qarşı təzyiqinə diqqət çəkən Silah Ticarətinə Qarşı Kampaniya platformasının idarəedicisi Andrey Smis bu görüşü şərh edərkən “utancverici” adlandırıb.

İngiltərənin bu ölkəyə 2011-ci ildən bu vaxta qədər 100 milyon sterlinq dəyərində silah satdığını xatırladan Smis bu ölkədəki rejimi deyil, müxalifəti dəstəkləməli olduqlarına diqqət çəkib.

Kraliça II Elizabetlə Əl Xəlifə arasında yaxın münasibətlərin olduğunu yazan qəzet, iki monarxın bir-birilərinə 2013 və 2017-ci illərdə at hədiyyə etdiyini vurğulayır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm