Çin-dən ABŞ-ın təhdidlərinə cavab - Rüsumlar artırıldı
Bizi izləyin

Dünya

Çin-dən ABŞ-ın təhdidlərinə cavab - Rüsumlar artırıldı

ABŞ prezidenti Donald Trampın Çinə qarşı təhdid mesajına bu ölkənin cavabı gecikmədi.

Publika.az xəbər verir ki, Çin ABŞ mallarına gömrük vergisi tətbiq edəcək.

Açıqlamada bildirilir ki, 60 milyard dollar dəyərindəki ABŞ malına idxal tariflərinin tətbiqi planlaşdırılır.

ABŞ malları üçün gömrük rüsumu iyunun 1-də qüvvəyə minəcək. 60 milyard dollarlıq ABŞ məhsuluna 5-25 faiz arasında gömrük rüsumu tətbiq ediləcək.

2493 məhsul üçün 25 faiz rüsum tətbiq ediləcək. Ümumilikdə bu qərarın 5 mindən çox məhsula aid olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm