Dünya
Sarkozi inkar, məhkəmə israr edir
Fransanın qalmaqallı prezidenti Nikolya Sarkozi
Müəmmar Qəddafidən seçki kampaniyası üçün 50 milyon dollar almasını
bir daha inkar edib. O, hesab edir ki, barəsində deyilənlər onun
iki ay sonra partiyasından növbəti prezidentliyə namizədliyinin
irəli sürülməsi tədbirinə bir maneədir.
Publika.az-ın məlumatına görə, Fransanın keçmiş
prezidenti Nikola Sarkozi şam etdiyi restorandan çıxarkən öz
tərəfdarları ilə görüşüb, dəstəyə görə təşəkkür edib. "Mən siyasi
oyunlar qarşısında aciz qalan bir insan deyiləm".
Fransanın eks prezidenti Nikola Sarkozi korrupsiya
ittihamı ilə dindirilməsi, məhkəməyə sövq edilməsi iddialarına
cavab verib.
Özünü müdafiə üçün Fransanın “TF 1” və “Europe 1”
radiosuna müsahibəsində Sarkozi baş verənləri siyasi oyun
adlandıraraq şokda olduğunu deyib. Sabiq prezident məhkəmənin
siyasətə alət edilməsini və 16 saata yaxın dindirilməsini sui-qəsd
olduğunu düşünür. Sarkozi hesab edir ki, barəsində məhkəmə iddiası
qaldırılıbsa, deməli hansısa dəlillərə malikdirlər, lakin o,
dövlətçilk əleyhinə çıxmadığı vurğulayıb.
Nikola Sarkozi deyib ki, onun barəsində mənfi bir
imic formalaşdırılmağa çalışılır: “Mən fransızların etibarına əsla
xəyanət etmədim. Bir səhvim olsa, məsuliyyətimi dərk edirəm.
Sentyabr ayından bu yana ən özəl telefon danışıqlarımın
dinlənilməsi normaldırmı? Dindirilmənin arxasında məni hörmətdən
salma niyyəti var”.
Sarkozi "2017-ci ildə yenidən prezidentliyə
namizəd olacaqsınızmı?" sualına "Ölkəmə xidmət etməkdən əsla geri
çəkilməyəcəm, avqustun sonu, sentyabrın əvvəli prezidentliyə
namizədliklə bağlı qərarımı verəcəm" cavabını verib. Sarkozi
hazırda müxalifətdə olan “Xalq Hərəkatı Naminə İttifaq” partiyası
sədrliyinə iddialıdır. Keçmiş prezident və vəkili Tyerri Erzoq
prezident seçkiləri ilə əlaqədar keçirilən təşviqat kampaniyası
zamanı Liviyanın sabiq prezidenti Müəmmar Qəddafidən 50 milyon avro
maliyyə yardımı almaqda ittiham olunur. Bu fakt Sarkozinin vəkili
ilə telefon danışığı zamanı üzə çıxıb. Təqsiri sübuta yetiriləcəyi
təqdirdə onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası
gözləyir.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ