Fransa səfirliyinin yanında polis maşını partladı - Paytaxtda eyni anda iki hücum - - FOTO
Bizi izləyin

Dünya

Fransa səfirliyinin yanında polis maşını partladı - Paytaxtda eyni anda iki hücum - - FOTO

Tunis Respublikasının paytaxtı Tunisdə kamikadze hücumları baş verib.

Publika.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin açıqlamasında hücumların hədəfi təhlükəsizlik qüvvələri olduğu bildirilib.

Birinci hücumda polis maşını partladılıb. Nəticədə, 1 polis ölüb, 10-u yaralanıb.

İkinci hücum isə terrorla mübarizə briqadasının yerləşdiyi binada baş verib.

Polis maşını Fransanın Tunisdəki səfirliyinin binasına 150 metr məsafədə partladılıb. Hücumun gerçəkləşdiyi nöqtə “paytaxtın qəlbi” kimi tanınır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm