Dünya
Putini özündən çıxaran 2 hadisə
"2 hadisə Putini ABŞ-ın əleyhinə
yönəldib".
Publika.az-ın məlumatına görə, bu haqda ABŞ-da
çıxan aylıq internet jurnalı Atlantic Monthly
yazır.
Vaxtilə Rusiyada ABŞ səfiri olmuş McFaul deyir ki,
birincisi 2012-ci ildə Rusiyada Putin əleyhinə müxalifət
nümayişləri keçirilirdi. Kreml həmin nümayişlərin təşkilində, hətta
ABŞ səfiri McFaulun özünü günahlandırırdı.
İkinci hadisə, McFaulun fikrincə, qışda Ukraynada
hakimiyyətin prezident Yanukoviçdən rəvan yolla müxalifətə
ötürülməsi danışıqları idi. ABŞ hökuməti bu danışıqlara yaxından
qatılmışdı və ABŞ-ın vitse-prezidenti Bayden Yanukoviçlə telefonla
əlaqə saxlayırdı. Bundan sonra Yanukoviç gözlənilmədən Ukraynadan
qaçdı və Putin fikirləşdi ki, amerikalılar yenə onu aldatdı. Bu,
keçmiş ABŞ səfiri McFaulun izahıdır.
Onun fikrincə, Ukrayna böhranının səbəbini Putinin
şəxsiyyətində axtarmaq lazımdır. O deyir: “Mən düşünmürəm ki, Putin
uşaq kimi oturub SSRİ-nin bərpasını arzulayır. Krımın tutulması sonra Moldovanın bir hissəsinin və şərqi
Ukraynanın işğalını nəzərdə tutan böyük strategiyanın ilk addımı
deyil".
Eks səfirin fikrincə, Rusiya Krımı Kiyevdəki
hakimiyyətin zəifliyinə görə tutdu, vəziyyəti əlverişli
saydı.
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi