Dünya
Bu gün ABŞ-nin müstəqillik günüdür
4 iyul Şimali Amerikada İngiltərənin
hökmranlığına son qoymuş, İstiqlaliyyət Bəyannaməsinin qəbul
edildiyi (1776) ABŞ-nin milli bayramı olan müstəqillik günüdür. ANS
PRESS-in məlumatına görə, bu gün ABŞ-də müstəqilik, İngiltərə
asılılığından çıxdığı bir gün kimi ölkədə qeyd edilir.
Amerikanların çoxu bu günü ABŞ-nin ad günü kimi, sadəcə tarixi
deyərək “4 iyul günü” adlandırır. Rəsmi bayram ölkənin hər yerində
atəşfəşanlıq, müxtəlif tipli karnavallar və ictimai tədbirlərlə
qeyd edilir.
Bu gün artıq dünyada bəlli statusa malik olan
Amerika Birləşmiş Ştatları Azərbaycanla strateji tərəfdaşdır və
Azərbaycan ABŞ ilə əlaqələrin daha da inkişafına böyük önəm verir.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ
dolları təşkil edib. Bu gün ABŞ şirkətləri həm Azərbaycanda, həm də
Azərbaycanın iştirakı ilə xaricdə həyata keçirilən irimiqyaslı
layihələrdə iştirak edir və Azərbaycana investisiya yatırırlar. ABŞ
Azərbaycanın ən ağrılı məsələsi olan və 20 ildən artıqdır davam
edən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və
sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Müstəqillik günü Azərbaycan da daxil olmaqla
ABŞ-ın dünyadakı bütün diplomatik missiyalarında qeyd
edilir.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq