"Adrian Darya" hədəfinə çatdı - Bütün dünya ondan danışırdı
Bizi izləyin

Dünya

"Adrian Darya" hədəfinə çatdı - Bütün dünya ondan danışırdı

İrana aid “Adrian Darya” neft tankeri ünvanına çatıb.

Publika.az xəbər verir ki, tanker daşıdığı nefti alıcısına çatdırıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi dövlət televiziyasına açıqlamasında tankerdəki yükün dənizdə ikən satıldığını və ünvanına çatdırıldığını bildirib. “Daha əvvəl də “Adrian Darya”nın hədəfinin tərəfimizdən müəyyən ediləcəyini söyləmişdik”- sözçü deyib.

Musəvi İran tərəfindən girov götürülən İngiltərəyə aid neft tankeri ilə bağlı hüquqi proseslərin davam etdiyini deyib.

Qeyd edək ki, İngiltərənin vassalında olan Cəbəllütariq Muxtar Hökuməti 4 iyulda Suriyaya tətbiq olunan neft sanksiyasını pozduğu iddiası ilə əvvəlki adı “Grace 1” olan “Adrian Darya”nı girov götürmüşdü. İran İnqilab Keşikçiləri buna cavab olaraq 19 iyulda İngiltərə bayraqlı “Steno Impero” neft tankerini saxlamış və dənizçilik qaydalarına riayət etməməsi iddiası il girov götürmüşdü. Cəbəllütariq Ali Məhkəməsi İran tankerini 15 avqustda sərbəst buraxmaq haqqında qərar qəbul etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm