Maduro hərəkətə keçdi - Müharibə başlayır
Bizi izləyin

Dünya

Maduro hərəkətə keçdi - Müharibə başlayır

Venesuela-Kolumbiya sərhədində yaranan gərginlik artmaqda davam edir.

Publika.az xəbər verir ki, Venesuela Xarici işlər naziri Xorxe Arreaza ilk hərəkət keçən olmayacaqlarını deyib.

BMT-nin Cenevrə ofisində mətbuat konfransı keçirən nazir ordusunun Kolumbiya sərhədi boyunca genişləndirilmiş hərbi təlimlərə başlaması ilə bağlı “özümüzü müdafiə etmək və qarşılıq vermək üçün hazırıq. Sizi əmin edə bilərəm ki, qardaş bir ölkəyə əsla hücum etməyəcəyik” ifadələrini işlədib. ABŞ-dən gələcək hücum təhlükəsinə qarşı hökumətinin, ordusunun və 30 milyon venesuelalının ölkəsini müdafiə etmək üçün hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro ötən həftə verdiyi açıqlamada ordusunun Kolumbiya sərhədi boyunca geniş hərbi təlimlərə başladığını elan etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm