Rusiyadan Ukraynaya "humanitar dəhliz" tələbi
Bizi izləyin

Dünya

Rusiyadan Ukraynaya "humanitar dəhliz" tələbi

Rusiya Ukraynadakı vəziyyətə dair ATƏT-in fövqəladə yığıncağını çağırır.

Publika.az-ın məlumatına görə, Rusiya Ukrayna ordusunun ölkəsinin şərqində həyata keçirdiyi hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir.

İsverə səfirliyi vasitəsi ilə edilən bu tələbə Ukrayna tərəfinin riayət edəcəyi az ehtimal olunur.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelina verdiyi açıqlamada bildirib ki, Ukrayna ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar humanitar fəlakət yaradıb: "Moskva humanitar yardımların dərhal çatdırılması üçün humanitar dəhlizin yaradılmasını tələb edir. ATƏT bu məsələlərə biganə qalmamalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm