Suriyada yeddi min əcnəbi vuruşur (FOTO)
Bizi izləyin

Dünya

Suriyada yeddi min əcnəbi vuruşur (FOTO)

ABŞ-ın baş prokuroru Erik Holder Suriyaya vuruşmağa Amerika vətəndaşları ilə yanaşı, həmçinin eyni sayda Avropa ölkələri vətəndaşları getdiyini bildirib.

Publika.az-ın məlumatına görə, Holder bu vəziyyəti "qlobal böhran" adlandırıb.

ABŞ baş prokurorunun sözlərinə görə, Suriyada indi təxminən yeddi min əcnəbi vuruşur.

Holderin qorxusuna görə, onlar radikal ideyaların tərəfdarı ola bilərlər və evə qayıdıb hücumlar təşkil etməyə hazır olacaqlar.

ABŞ-ın baş prokuroru ölkələri vətəndaşların radikallaşmasına meyllilərin üzə çıxardılması üzrə xüsusi xidmət orqanlarının işini gücləndirməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm