Xəzinə xəbəri söküntünü dayandırdı – Video
Bizi izləyin

Dünya

Xəzinə xəbəri söküntünü dayandırdı – Video

Ağrıda şəhər şurası binasının söküntüsü zamanı binanın təməlində xəzinə tapıldığına dair məlumat gəldiyi üçün söküntü dayandırılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər veir ki, Ağrının Doğubəyazid rayonunda uzun illərdir Hökumət Evi olaraq istifadə edildikdən sonra bələdiyyənin şəhər şurasına aid olan binanın söküntüsü zamanı maraqlı hadisə baş verib. Belə ki, kimsə polisə binanın təməlində xəzinə olduğuna dair xəbər verib. Nəticədə polis söküntünü dayandırıb və xəzinə axtarışına başlayıb. Ancaq sonrada məlumatın yalan olduğunun fərqinə varan hüquq-mühafizə orqanları söküntüyə davam edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm