Dünya
Baltikyanıda Rusiyaya qarşı könüllü hərbi qruplar yaradılır
Rusiyanın Ukraynaya qarşı təcavüzü Baltikyanı ölkələri qorxudub. İnsanlar könüllü birliklərə yazılır, Litva isə silah alır.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyi yazıb.
Agentlik yazır ki, Baltikyanı ölkələr Rusiya təcavüzünün növbəti qurbanı olacağından narahatdır: “Rusiya Federasiyası bir neçə dəfə keçmiş sovet respublikalarına gücünü göstərib. Buna görə də Litva kişiləri könüllü qruplara yazılır, hökumət isə silahlanma üçün xərcləri artırır. Məsələn, Litva hava hücumundan müdafiə sisteminin möhkəmləndirilməsi üçün “Xrom” zenith-raket kompleksini əldə edib. Onun qiyməti 20 milyon avrodur”.
Litva vətəndaşı Valentina Kuliniç bildirib ki, Ukraynanın məğlub olacağı halda məhz Kiyevə aktiv dəstək verdiyi üçün növbəti hədəfin Litva olacağını yaxşı başa düşürlər. “Ukrayna hərbçilərinin hər uğursuzluğu burada az qala Litvanın uğursuzluğu kimi qəbul edilir”, - o, qeyd etdi.
Eyni zamanda litvalılar düşünürlər ki, NATO ilə Baltikyanı ölkələr arasında münasibətlər heç vaxt olmadığı qədər möhkəmdir. Ukrayna-Rusiya münaqişəsinin başlanmasından Baltikyanı ölkələrin hava məkanını NATO-nun 10 təyyarəsi mühafizə edir. Onların sayı daha əvvəl 4 idi.
Əhalinin üçdə birini ruslar təşkil son Litva ilə Rusiya arasında münasibətlər Ukrayna hadisələrindən sonra pisləşib. Bununla belə Rusiya biznesi Latviyada iqtisadiyyatın bütün sferalarda yer tutur. Bir çoxları Rusiyadan iqtisadi asılılığın olduğunu qeyd edirlər. Vəziyyəti dəyişdirmək isə çox çətindir. Məsələn, Amerikanın “Chevron” şirkəti Litvada avtomobil şinlərinin istehsalı ilə bağlı lisenziyanı ala bilmədi. Buna Yaşıllar Hərəkatının nümayəndələri maneə oldular. Hərəkatın Rusiyanın maraqlarına lobbiçilik etdiyi bildirilir.
Ömər Dağlı
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi