SON DƏQİQƏ: Pakistanla Hindistan ordusu arasında DƏHŞƏTLİ DÖYÜŞ, xeyli sayda ölü var
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: Pakistanla Hindistan ordusu arasında DƏHŞƏTLİ DÖYÜŞ, xeyli sayda ölü var

Pakistan - Hindistan sərhədində şiddətli toqquşma baş verib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusundan məlumat verilib. Bildirilib ki, hindistanlı əsgərlərin Kəşmir bölgəsindəki Hacı Pir nəzarət məntəqəsini atəşə tutması nəticəsində iki pakistanlı hərbçi həlak olub. Açıqlamaya görə, cavab atəşi nəticəsində Hindistana məxsus hərbi məntəqə yerlə bir edilib. Nəticədə 3 əsgər həlak olub.

Hindistan ordusu isə atəşkəsin pozulmasına görə, qarşı tərəfi ittiham edib. Atışma zamanı daha bir dinc insanın həlak olduğu bildirilir. Toqquşma zamanı hər iki tərəf ağır silahlardan istifadə edib. Hazırda sərhəddə ara-sıra silah səsləri eşidilir.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm