Dünya
Ukraynaya 1,5 milyard dollar yardım
Yaponiyanın xarici işlər naziri Fumio
Kişida iyulun 15-dən 18-dək Ukrayna və Qırğızıstanda səfərdə
olacaq. ANS PRESS-in məlumatına görə, Bu barədə nazir Tokioda
keçirdiyi mətbuat konfransında məlumat
verib.
F.Kişida bildirib ki, Ukraynaya səfəri zamanı o,
G7-nin üzvü kimi Yaponiyanın bu ölkədə böhranın tezliklə həlli ilə
bağlı mövqeyini nümayiş etdirmək istəyir.
Ukraynaya səfəri çərçivəsində F.Kişida öz
ukraynalı həmkarı ilə görüşərək, ikitərəfli münasibətlərin
istiqamətlərini müzakirə edəcək. Bundan əlavə, Yaponiya xarici
siyasət idarəsinin rəhbəri ölkəsinin Ukraynaya 1,5 milyard dollar
həcmində iqtisadi yardım göstərmək niyyətini də təsdiq
edəcək.
Səfər müddətində F.Kişidanın Ukrayna Prezidenti
Pyotr Poroşenko ilə görüşü də gözlənilir.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama