Müxalifət keçid hökuməti istəyir, iqtidar isə “terror qarşı mübarizə”
Bizi izləyin

Dünya

Müxalifət keçid hökuməti istəyir, iqtidar isə “terror qarşı mübarizə”

“Suriyada sülhün təmin olunması keçid hökumətinin qurulmasından daha əhəmiyyətlidir”.Publika.Az –ın verdiyi xəbərə görə, bu sözləri Rusiyanın İTAR-TASS agentliyinə açıqlamasında Suriya dövlət başçısı Bəşər Əsədin köməkçisi Buseyna Şaaban bildirib.

Onun fikrincə, müxalifət yeni çəpərləmə yaratmaq üçün keçid hökumətin yaradılması müzakirələrini önə çıxartmağa çalışır. O, “Cenevrə-1” sənədində də Suriyada pozitiv iqlimin yaradılması ehtiyacının qeyd olunduğunu bildirib. B.Əsədin köməkçisi irəliləyişə nail olmasına qədər danışıqlardan çəkilməyəcəyini bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Suriya xarici işlər naziri qarşı tərəf, yəni Suriya Milli Koalisiyasının özünü ciddi aparmayacağı və ciddi məsələləri müzakirə etmyəcəyi halda, müzakirələrdən çəkiləcəyini bildirmişdi.

B.Şaaban Suriya hökumətinin Cenevrədəki nümayəndə heyətinin dünən böhranın nizama salınması ilə bağlı əsas prinsiplərin yer aldığı bəyannaməni təqdim etdiyini bildirib. Ancaq Suriya müxalifəti sözügedən sənədi rədd edib. Sənəddə Əsədin məsləhətçisinin sözlərinə görə, “Suriyanın müstəqilliyi və ərazi bütövlüyünə” hakimiyyətin sadiqliyi vurğulanır, xarici müdaxilənin istənilən formalarından imtina edilir.

Suriya Müxalif İnqilabçı Güclərin Milli Koalisiyasının nümayəndəsi Safi Luay isə bildirib ki, hökumətin nümayəndə heyəti keçid hökumətinin yaradılmasını müzakirə etməkdən imtina etdi. Müxalifət nüamyəndəsi əlavə etdi ki, Suriya hökumətin “yalnız terrorizm mövzusunu müzakirə etmək” arzusunu bildirdiyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm