Dünya
Ukrayna ordusu 1000 terrorçunu məhv edib
Ukraynada antiterror əməliyyatlarının başlandığı aprel ayından indiyə kimi 1000-ə qədər terrorçu məhv edilib.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə anti-terror mərkəzinin mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov “facebook” səhifəsində bildirib.
“Bu gün terrorçular ciddi itki verib. Hərbi aviasiya terroçuların iki minaatan batareyasını, həmçinin iki tank, üç BTR, xeyli sayda avtomobil və döyüş sursatını məhv edib”, - Seleznyov yazıb.
O, Qolmovski rayonunda terrorçuların hərbi düşərgəsinin, Perevalsk şəhəri yaxınlığında isə iki tank, 10 zirehli maşın, 15 avtomobilin məhv edildiyini qeyd edib. Anti-terror mərkəzinin mətbuat xidmətinin rəhbəri son bir gün ərzində təxminən 500 terrorçunun öldürüldüyünü bildirib.
Onun sözlərinə görə, İzvarino ərazisində terrorçuların dayaq məntəqəsi aşkar edilərək sıradan çıxarılıb. V.Seleznyov gün ərzində Ukrayna ordusunun 16 hərbi təyyarəsinin antiterror əməliyyatlarda iştirak etdiyini qeyd edib.
Ömər Dağlı
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı