Dünya
Koronavirusla bağlı sirləri açan həkimlər ABŞ-dan kömək istədi - FOTO
Çində koronavirusla bağlı məlumat yayan həkimlərə təzyiq göstərildiyi iddia edilir.
Publika.az xəbər verir ki, "New York Times"a açıqlama verən bəzi mənbələr Çin hökumətinin xəstəliklə bağlı danışan həkimləri susdurmağa, bu yolla da virus barədə məlumatları gizlətməyə çalışdığını bildirib.
Yeni tip virusla bağlı ötən ilin dekabrında paylaşım edən çinli həkimin də cəzalandırıldığı barədə məlumat var.
"New York Times"a açıqlama verən həkim Li Venlianq "30 dekabrda sosial media hesabımda 7 xəstənin karantinə alınması barədə paylaşım etmişdim. 2002-ci ildə ölkədə 800 nəfərin ölümünə səbəb olan SARS yenidən qayıdır deyə sual verdim. Gecə yarısı Vuhan səhiyyə idarəsindən qapımı döyərək niyə belə bir paylaşım etdiyimin səbəbini soruşdular. 3 gün sonra isə polis idarəsinə aparılaraq sənədə imza atmağımı tələb etdilər", - deyə bildirib.
Qeyd edək ki, koronavirus bugünədək 304 nəfərin həyatına son qoyub, 14 mindən çox şəxs isə bu virusa yoluxub. Məhz Çin hökumətinin virusa qarşı vaxtında tədbirlər görməməsi nəticəsində xəstəliyin sürətlə yayıldığı iddia edilir.
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI











.jpg)





















