Türk ordusu İran və Rusiya ilə toqquşsa, NATO... - Diplomatdan ŞOK AÇIQLAMA
Bizi izləyin

Dünya

Türk ordusu İran və Rusiya ilə toqquşsa, NATO... - Diplomatdan ŞOK AÇIQLAMA

NATO Türkiyənin Suriyanın şimalında keçirə biləcəyi anti-terror əməliyyatına dəstək vermək niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.

Agentliyə alyans ölkələrindən birinin Brüsseldəki təmsilçisinin verdiyi məlumata görə, NATO-nun Müdafiə nazirlərinin son iclasında Türkiyəyə hərbi dəstək məsələsi qaldırılmayıb.

Diplomat izah edib ki, İdlibdə türk hərbçilərinin ölümü faciəli həqiqətdir, lakin bu, ölkə sərhədlərindən kənarda aparılan birtərəfli hərbi əməliyyat zamanı baş verib. Alyansın nizamnaməsinin beşinci maddəsinin təsirindən də kənara çıxır. Türk tərəfi də bunu başa düşür, bu səbəbdən sözügedən mövzuda NATO-da məsləhətləşmələr aparmağa cəhd göstərmir.

Hərbi mənbə isə qeyd edib ki, ittifaq Türkiyənin, lazım gələrsə, Suriya ordusunun İdlibdə qarşı-qarşıya gələ biləcəyindən çox, Dəməşqin müttəfiqləri - İran və Rusiya ilə toqquşmasının potensial risklərindən narahatdır.

Bununla belə, digər hərbi mənbə TASS müxbirinə bildirib ki, NATO Türkiyə ordusunu ittifaq dövlətləri arasında döyüşə ən yaxşı hazırlıqlı qüvvələrdən biri hesab edir. Buna görə də alyansın əlavə dəstəyinə ehtiyac duyacağını güman etmir.

Avropa ölkələri İdlibdəki vəziyyətin sülh yolu ilə həllinə ümid edirlər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm