Dünya
İsrail xəbərdarlıq etdi: “Raket zərbələrinə son qoyulmasa…”
“Həmas atəşkəs şərtlərinə əməl etməsə və raket zərbələrinə son qoymasa, İsrail Qəzzada başladığı hərbi əməliyyatı genişləndirəcək”.
Publika.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Təl-Əvivdən adını açıqlamayan rəsmi mənbə bildirib.
Qeyd edək ki, İsrail hökuməti Misirin atəşkəs təklifini qəbul edib. Atəşkəsi qəbul etməyəcəyini açıqlayan Həmas isə hərtərəfli bir müqavilə istəyir.
Məsələ ilə əlaqədar Həmasın silahlı qolu olan olan Kassam Tuqayları “Mətbuatda gördüyümüz atəşkəs xəbərləri məsələsində heç kim bizə rəsmi və ya qeyri-rəsmi bir təklif irəli sürməyib. Amma təklif doğrudursa, bu, diz çökmək və təslim olmaq mənası verir ki, biz bunu qətiyyən qəbul etmirik”, - deyib.
Həmas sözçüsü Fevzi Barxum isə bildirib ki, hərtərəfli razılıq əldə edilməsə, atəşkəs təklifi rədd ediləcək: “Müharibəni vaxtından əvvəl bitirib, sonra da müzakirə etməzlər”.
Ömər Dağlı
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO