Dünya
Ukraynanın 258 hərbçisi həlak olub
Ukrayna rəsmiləri terrorçuluğa qarşı
əməliyyatlar zamani Ukrayna hökümət qüvvələrinin son itkiləri
barədə məlumatlar yayıb.
ANS PRESS-in məlumatına görə, Ukrayna güc
qüvvələrinin terrorçuluğa qarşı əməliyyatlar zamanı 258 qulluqçusu
həlak olub.
Hadisələr zamanı 922 hərbçi yaralanıb, həmçinin
hazırda əsirlikdə 45 nəfər qalır. Bu haqda Anti Terror Qüvvələrinin
informasiya mərkəzinin spikeri Andrey Lısenko
bildirib.
"Anti Terror Qüvvələrinin indiyədək keçirdiyi
bütün əməliyyatlar ərzində 258 hərbi qulluqçu həlak olub, 922-si
yaralanıb. Bu gün əsirlikdə bizim 45 hərbi qulluqçumuz var.
Bunların sırasına vurulmuş AN-26 təyyarəsinin iki pilotu da
daxildir", - deyə Andrey Lısenko əlavə edib.
Xatırladaq ki, daha öncə Anti Terror Qüvvələrinin
qərargahından Luqansk ərazisində vurulmuş AN-26 hərbi-nəqliyyat
təyyarəsinin ekipaj üzvlərindən ikisinin əsirlikdə olduğu, digər
iki nəfərin taleyi haqda məlumat olmadığı barədə məlumat
vermişdilər.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi