“Yeni prezident kürd olmalıdır”
Bizi izləyin

Dünya

“Yeni prezident kürd olmalıdır”

“İraqın növbəti prezidenti kürd olmalıdır”.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İraq baş naziri Nuri əl-Maliki deyib.

Baş nazirin sözlərinə görə, yalnız belə bir insan ölkəni böhrandan çıxara bilər.

Nuri əl-Maliki İraqın parçalanacağı halda alovun qonşu ölkələrə də keçəcəyini bildirib: “Bu yalnız İraq coğrafiyasının deyil, həm də onun sərvətlərinin parçalanması olacaq. Ancaq İraqın parçalanması ssenariləri müvəffəqiyyətli olmayacaq”.

Baş nazir prezident seçkilərinin mümkün qədər tez keçirilməli olduğunu söyləyib.

“Yeni prezident və parlament sədri İraqın parçalanmasının qarşısını almalıdır”, - o dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm