Milyarderdən təklif: “Kaliforniya 6 yerə bölünməlidir”
Bizi izləyin

Dünya

Milyarderdən təklif: “Kaliforniya 6 yerə bölünməlidir”

ABŞ-dan olan milyarder qeyri-adi arzusunu yerinə yetirmək niyyətindədir.

Axar.az xəbər verir ki, amerikalı kapitalist Tim Dreyper Kaliforniya Ştatının altı hissəyə bölünməsi haqqında ideyasını reallaşdırmaq üçün təxminən 1.3 milyon imza toplayıb.

O bu məsələni 2016-ci ildə keçirilməsi nəzərdə tutulan referendumda gündəmə gətirmək niyyətindədir.

Qeyd edək ki, milyarder 2013-cü ildən Kaliforniyanın bölünməsi təşəbbüsünü irəli sürür. Onun fikrincə, bu, yerli hakimiyyət orqanlarının işinin səmərəliliyini artıracaq. Bu müddət ərzində Dreyper öz planlarını həyata keçirmək üçün şirkətə 5 milyard dollar sərmayə qoyub.

Onu da xatırladaq ki, ekspertlərin fikrincə, ştat əhalisinin əksəriyyəti Kaliforniyanın bütövlüyünün qorunmasını istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm