Dünya
Atəşkəsə "yox" dedi
"Həmas" təşkilatı Misirin təqdim etdiyi atəşkəs
təklifini qəbul etməyib.
ANS PRESS-in məlumatına görə, təşkilatın sözçüsü
Sami Əbu Zuhri "Həmas"ın bu barədə Misirə rəsmi olaraq cavab
verdiyini bildirib. Bununla belə "Həmas"ın niyə bu təklifi rədd
etdiyini açıqlamayıb.
Qeyd edək ki, İsrailin Qəzza zolağında apardığı
hərbi əməliyyatlar nəticəsində 200-dən çox mülki şəxs ölüb və
mindən çox adam isə yaralanıb. Misirin irəli sürdüyü atəşkəs
təklifinə İsrail razılıq verdiyini bəyan etsə də "Həmas"ı bəhanə
edərək yenidən hərbi əməliyyatlara başlayıb.
Bu arada İsrail hərbi təyyarələri Qəzzada Fələstin
hökümətinin Daxili İşlər Nazirliyinin binasını
bombalayıb.
Həmçinin "Həmas" rəhbərliyinə daxil olan şəxslərin
də evlərinin olduğu 35 binaya zərbələr endirilib.
"Həmas"ın isə İsrailə atdığı 4 raket havadaca
zərəzsizləşdirilib.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO