Dünya
Ərdoğan Mahmud Abbası ağlatdı
Ötən axşam Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul
idarəsinin təşkil etdiyi iftar mərasimində partiyanın prezidentliyə
namizədi, eyni zamanda hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan
çıxışı zamanı fələstinlilərə dəstəyini çatdırıb.
ANS PRESS-in məlumatına görə, iftar mərasimində qonaq olanlar
arasında bir çox tanınmış simalarla yanaşı, Fələstin hökuməti
lideri Mahmud Abbas da yer alıb.
"Yaxın Şərqdə qardaşlarımız arasındakı dava-dalaş, ən az Qəzzada
ölən uşaqlar qədər içimizi ağrıdır. İraqda qardaşın qardaşı qətl
etməsi ürəyimizi yandırır. Suriyada əli qanlı zalım bir diktatorun
özünü müsəlman olaraq göstərən bəzi icma və ölkələr tərəfindən
dəstəklənməsi ciddi şəkildə bizi narahat edir. Misirdə xalqın
səsverməsi ilə seçilən iqtidarın devrilməsi, insanların küçənin
ortasında qətl edilməsi, edama məhkum edilməsi eyni şəkildə içimizi
göynədir. İçimizi göynədən başqa bir problem isə Fələstində
yaşanır", - deyə Ərdoğan nitqində səsləndirib.
Onun bu sözlərini eşidən Fələstin hökuməti lideri Mahmud Abbas
təsirlənərək, göz yaşlarına hakim ola bilməyib və ağlayıb.
Ərdoğan çıxışında BMT-ni də qınayıb. O, bu təşkilatın məzlumun yox,
güclü olanınn tərəfində yer aldığını söyləyib. Həmçinin bildirib
ki, BMT Təhlükəsizlik Şurasındakı ölkələrin hamısının xristian
olduğu üçün onların Qəzzanın xeyrinə bir qərar vermələrini gözləmək
də qeyri-mümkündür.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri