Dünya
Malayziya təyyarəsində ölənlər soyulub
Malayziya təyyarəsinin vurulduğu rayona gələn ATƏT nümayəndələri
bəyan edib ki, rusiyameylli silahlılar onların işləməsinə mane
olurlar. Üstəlik onların təhlükəsizliyi də sual altındadır.
ANS TV-nin məlumatına görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatı
vurulan Malaziya təyyarəsi ilə bağlı faktları araşdırmaq üçün
Ukraynaya mütəxəssis heyəti göndərəcəyini bəyan edib. Hadisə ilə
bağlı Ukrayna hökuməti beynəlxalq araşdırma aparılması üçün
müraciət edib, ABŞ və digər dövlətlər bu məsələdə yardımçı ola
biləcəklərini bildiriblər. Lakin hələ də hadisə yerinə girişin
mümkün olub -olmayacağı sual doğurur. Təyyarənin vurulduğu ərazi
rusiyayönümlü üsyançıların nəzarəti altındadır.
Malaziyanın nəqliyyat naziri bəyan edib ki, hadisənin araşdırmasına
şərait yaradılmalı, əraziyə təhlükəsiz giriş üçün dəhliz
açılmalıdır. İlk növbədə o müəyyən edilməlidir ki, təyyarəni kim və
necə partladıb.
Birləşmiş Ştatlar prezidenti Barak Obama Malaziya təyyarəsinin
Ukraynanın şərqində rusiyapərəst qüvvələrin nəzarətində olan
ərazidən vurulduğunu deyib.
BMT-nin baş katibi mülki təyyarənin açıq-aydın şəkildə vurulmasını
pisləyib.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan 298 nəfərin öldüyü
təyarənin Rusiya tərəfindən raketlə vurulduğunu bildirib.
Ukrayna mətbuatı təyyarədə ölənlərin soyulması, pul və kredit
kartlarının oğurlandığı barədə informasiya yayıb.
İyulun 17-i Amsterdamdan Kuala-Lumpura uçmalı olan sərnişin
təyyarəsi Ukrayna üzərində BUK yer-hava raket kompleksi ilə
vurulub. Göyərtədə 80-i azyaşlı olmaqla 298 nəfər ölüb. Ölənlərin
173-ü hollandiyalıdır.
Hadisəyə görə, Ukrayna və Rusiya hökumətləri bir- birini ittiham
edirlər.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü