Dünya
Azərbaycanlılar Afrikaya Ramazan sovqatı göndərdi (FOTO)
Hər il ənənəvi olaraq, Afrika ölkələrində xeyriyyə
fəaliyyətlərini davam etdirən Gəncliyə Yardım Fondu bu il də
Ramazan ayı günlərində Afrikanının yerli ictimai birliyi olan
REHEMA təşkilatının təşkilatçılığı ilə Tanzanya, Zanzibar
bölgələrində yaşayan kasıb ailələrə ərzaq yardımları göndərib.
ANS PRESS-in məlumatına görə, bu günlərdə fondun üç əməkdaşı
Tanzanıyanın Darussalam şəhərinə ziyarət ediblər. Ziyarət
əsanasında azərbaycanlı xeyriyyəçilərin maddi dəstəyi ilə
hazırlanan 2500 ərzaq yardımı 3 gün ərzində nəzərdə tutulmuş
bölgələr ziyarət edilərək ailələrə təslim edilib. Ərzaq paketlərini
alan ailələr mübarək Ramazan ayı günlərində onlara göstərilən
diqqət və qayğıdan məmnun qalıblar.
Yerli əhali ilə görüşən fond nümayəndələri bu mübarək günlərdə
Afrikada yaşayan müsəlman bacı və qardaşlarının yanında
olmalarından böyük sevinc hissi keçirdiklərini bildiriblər.
Onlar qeyd ediblər ki, bundan sonra da təmsil etdikləri fond onları
yaddan çıxarmayacaq və bu uğurlu fəaliyyətlər davam
etdiriləcək.
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO