Bakı metropoliteninin rəisi müavinini aşağı vəzifəyə keçirdi
Bizi izləyin

Dünya

Bakı metropoliteninin rəisi müavinini aşağı vəzifəyə keçirdi

“Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmr imzalayıb.

Modern.az saytının məlumatına görə, Bakı metropoliteninin rəis müavini Rizvan Fərmayıl oğlu Bayramov tutduğu vəzifədən azad edilərək, aşağı posta – xidmət rəisi vəzifəsinə təyin edilib.

Məlumatı “Bakı Metropoliteni" QSC-dən təsdiqləyiblər. Bildirilib ki, Rizvan Bayramov bundan sonra Bakı metropolitenində tunel qurğuları xidmətinin rəsi vəzifəsini icra edəcək. İndiyədək bu xidmətin rəisi postunu tutan Natiq Mustafayev isə rəis müavini vəzifəsinə endirilib.

Qeyd edək ki, eks rəis Tağı Əhmədovun dövründə inşaat işləri üzrə rəis müavini vəzifəsinə yüksələn Rizvan Bayramov Bakı metropolitenində əmək fəaliyyətinə 1998-ci ildə başlayıb. 2004-2012-ci illərdə Bakı metropoliteninin tunel qurguları xidmətinin rəisi vəzifəsində çalışıb. 2013-cü il yanvarın 1-dən Bakı Metropoliteni rəisinin müavini vəzifəsinə təyin edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm