Dünya
"İsrailə yanacaq satmırıq" (FOTO)
"Türkiyə olaraq hər hansı bir neft və hər hansı bir
reaktiv yanacağı satışını İsrailə reallaşdırmırıq".
ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin Enerji və Təbii
Qaynaqlar naziri Taner Yıldız bildirib.
Nazir Bakı-Tiflis-Ceyhan (BTC) Xam Neft Boru kəmərindən dünya
bazarlarına çıxarılan neftin 2 milyard barelə çatması səbəbindən
BTC Ceyhan Dəniz Terminalında təşkil edilən "BTC 2 milyard barrel
sevinci" proqramına qatılıb.
Yıldız etdiyi açıqlamada bildirib ki, BTC bu günə qədər 2 milyard
barel yuk nəql edib, bu baxımdan keçirilən mərasim böyük əhəmiyyət
daşıyır.
Strateji bir layihə olan BTC-də axan neftin yüzdə 6,75 faizinin
TPAO-ya aid olduğunu bildirən Yıldız bunun gələcəkdə 30 milyon
barrelə çatacağını qeyd edib.
Keçən ay təbii gazla əlaqədar Türkiyənin xaricindəki hissələrinin
yüksəldilməsi üçün TOTAL-in yüzdə 10 hissəsinin alındığını
xatırladan Yıldız, bu vəziyyətin Türkiyənin irəliləyən, böyüyən,
inkişaf edən iqtisadiyyatından irəli gəldiyini vurğulayıb.
Enerji dəhlizi ilə Türkiyənin hər keçən gün daha da güclü
iqtisadiyyata malik olduğunu vurğulayan Yıldız sözlərini belə davam
edib: "Bundan sonra edəcəyimiz TANAP layihəsi bunlardan bir dənəsi
olacaq. Türkiyənin şərqində və şimalında dünya ehtiyatlarının yüzdə
70-i var. Dərhal qərbdə bunun istehlak nöqtələrinin haradasa yüzdə
70-i var. Türkiyə coğrafiyasında qaynaqlanan üstünlükləri son
dərəcə yerində istifadə edəcək. Bu gün Kərkük-Yumurtalıq Xam Neft
Boru xəttinin BTC kimi daha tutumlu olacağına inanıram"
-
Sosial23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin122:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO