Sutka ərzində 5134 nəfər koronavirusdan öldü - ÜST
Bizi izləyin

Dünya

Sutka ərzində 5134 nəfər koronavirusdan öldü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 212 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 4-ü saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 212 326 nəfər koronavirusa yoluxub, 5 134 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 10 922 324, ölənlərin isə 523 011 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm