Nigeriya ordusu Boko Harama ağır zǝrbǝlǝr endirdi
Bizi izləyin

Dünya

Nigeriya ordusu Boko Harama ağır zǝrbǝlǝr endirdi

Qǝrbi Afrika ölkǝsi Nigeriyanın şimal-şǝrqindǝ vǝ şimal-qǝrbindǝ terror tǝşkilatı Boko Haram vǝ silahlı qruplaşmalara qarşı keçirilǝn ǝmǝliyyat nǝticǝsindǝ 200-dǝk silahlı zǝrǝsizlǝşdirilib.

Publika.az xəbər verir ki, bu barǝdǝ ölkǝnin Müdafiǝ Nazirliyinin sözçüsü Con Eneçe mǝlumat verib. O, ordunun keçǝn hǝftǝ Borno, Katsina vǝ Zamfara ǝyalǝtlǝrindǝ Boko Haram vǝ silahlı qruplaşmalara qarşı ǝmǝliyyat keçirdiyini qeyd edib.

Eneçe Katsina vǝ Zamfara ǝyalǝtlǝrindǝ keçirilǝn ǝmǝliyyatlar nǝticǝsindǝ 104 silahlının öldürüldüyünü vǝ çox sayda silahlının da yaralandığını deyib.

Borno ǝyalǝtindǝ keçirilǝn ǝmǝliyyat zamanı da 92 terrorçunun öldürüldüyü vǝ 4 terrorçunun da saxlanıldığı bildirilib.

Eneçe ǝmǝliyyatlar zamanı Boko Haram tǝrǝfindǝn girov götürülǝn 34 nǝfǝrin dǝ xilas edildiyini söylǝyib.

Terror tǝşkilatı Boko Haram iki gün ǝvvǝl Borno ǝyalǝtindǝ hǝrbçilǝrǝ hücum etmişdi. Hücum nǝticǝsindǝ 35 hǝrbçi hǝlak olmuşdu.

2000-ci ilin ǝvvǝlindǝn etibarǝn Nigeriyadakı mövcudluğunu davam etdirǝn Boko Haram tǝşkilatının 2009-cu ildǝn etibarǝn ölkǝdǝ hǝyata keçirdiyi hücumlarda 20 mindǝn çox adam hǝyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm