GUAM Ermənistanın Tovuz bölgəsinə hücumlarını pislədi
Bizi izləyin

Dünya

GUAM Ermənistanın Tovuz bölgəsinə hücumlarını pislədi

Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat - GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətində hücumlarını pisləyir.

Publika.az xəbər verir ki, bu barədə təşkilatın "Twitter" səhifəsində məlumat paylaşılıb:

"Bir daha vurğulayırıq ki, münaqişələr GUAM bölgəsinin rifahına, sabitliyinə və rifahına mane olur".

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutdular. Görülən müvafiq tədbirlər nəticəsində düşmən itki ilə geri qaytarıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm