Dünya
Uçur da, üzür də: Ən nəhəng hidrotəyyarə sınaqdan keçirildi - VİDEO
Dünyanın ən böyük hidrotəyyarəsi AG600 dəniz üzərində ilk uçuşunu uğurla başa vurub.
Publika.az xəbər verir ki, "New China" TV kanalı "YouTube"-da müvafiq videonu paylaşıb.
Amfibiya-təyyarənin prototipinin testləri Sarı dənizin sahilində yerləşən Tsindao şəhərində keçirilib. Təyyarə havada yarım saatdan çox qalıb. Daha əvvəl bu uçuş aparatının sınaqları quruda və su üzərində də aparılıb.
2019-cu ilin sentyabr ayında "İzvestiya" nəşri Rusiya Müdafiə Nazirliyi və aviasiya sənayesi mənbələrinə istinadən məlumat yaymışdı ki, ölkənin Hərbi Dəniz Donanması düşmən submarinlərinin aşkarlanması və izlənməsi, həmçinin fırtına zamanı xilasetmə işlərinin aparılması üçün nəzərdə tutulmuş "Albatros" A-42 (A-40) alacaq.
2016-cı ilin mart ayında Qara Dəniz Donanmasının dəniz aviasiyasının rəisi polkovnik Gennadi Zoqonov bildirib ki, 2020-ci ilə qədər Be-12 amfibiya-təyyarələri A-40 "Albatros" hidroplanları ilə əvəzlənəcək.
"FlightGlobal"-ın məlumatına görə, 50-yə qədər sərnişin tutan AG600-ün ekipajı dörd nəfərdən ibarətdir. AG600 xilasetmə və yanğınsöndürmə işləri üçün nəzərdə tutulub. Təyyarə dörd Dongan WJ-6 turbin mühərrikləri ilə təchiz olunub. AG600-in maksimal uçuş kütləsi 53,5 ton təşkil edir.
Turboreaktiv mühərriklərlə təchiz edilmiş Rusiya istehsalı A-40 "Albatros" uçsaydı, dünyanın ən böyük amfibiya-təyyarəsi hesab edilərdi.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ