İsrail prezidentinin inaqurasiyası keçiriləcək
Bizi izləyin

Dünya

İsrail prezidentinin inaqurasiyası keçiriləcək

2014-cü il 10 iyun seçkilərinin qalibi Reuven Rivlin and içərək İsrail prezidentlik dönəminə qədəm qoyacaq. ANS PRESS-in məlumatına görə, inauqurasiya Qüdsdə knesset (parlament) binasında keçiriləcək.

Rivlinin öz göstərişi ilə mərasim qısaldılmış formada keçiriləcək. “İsraili müdafiə ordusu vuruşduğu, İsrail vətəndaşlarının isə raket atəşləri təhlükəsi altında qaldığı bir zamanda biz inauqurasiyanın qısaldılmış, daha sadə keçirilməsinə qərar verdik”- deyə gələcək prezident bildirib.

Əldə olunan məlumata görə Rivlin and içməni planlaşdırıldığı kimi parlament qarşısında edəcək, lakin Knessetin fəxri qarovul dəstəsinin iştirakı ilə olan mərasim və andiçmədən sonra Knessetin foyesində keçirilməli olan qəbul ləğv edilir.

Sağçı “Likud” partiyasıənın üzvü olan 1939-cu il təvəllüdlü Rivlin 10 iyun tarixində prezident seçilib. Bundan əvvəlki prezident seçkilərində də namizədliyini irəl isürən Rivlin o dönəmdə Şimon Peresə məğlub olmuşdu.

Qeyd edək ki, Rivlin İsrail ordusunun işğal olunmuş Fələstin torpaqlarınddan çıxması fikrinə qəti şəkildə qarşıdır. Hələ 2005-ci ildə birtərəfli ordu və yəhudi məskunlaşmalarının Fələstin torpaqlarından çıxarılması proqramında o Ariel Şaronun ən kəskin tənqidçilərindən olub.

1964-cü ildən bu yana tətbiq olunan İsrail qanununa əsasən dövlət başçısı yalnız ölkə vətəndaşı və orada daimi qalan ola bilər. İsraildə prezident yenidən seçilmək hüququ olmadan 7 il müddətinə təyin olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm