Dünya
Rusiya sanksiyaları zarafatdan betərdir
Respublikaçı-senator Con Makkeyn Avropa Birliyinin (AB)
Rusiyaya qarşı sanksiyalarını "zarafatdan betər" adlandırıb. ANS
PRESS-in məlumatına görə, "The Telegraph" agentliyinə müsahibəsində
o bildirib ki, bu, zarafatdan betərdir. AB Rusiya qazından asılı
olduğu müddətcə heç bir ciddi addım ata bilməyəcək”.
Bundan əlavə, o, AB-nin hərəkətsizliyi fonunda Britaniyanın
birtərəfli şəkildə bank məhduduiyyətləri tətbiq etməsinin daha
doğru ola biləcəyini bildirdi. Lakin onun sözlərinə görə, çətin ki,
Britaniya hökuməti belə bir addıma əl atsın. Belə ki, “onlar bütün
pulların Londonda qalmasını istəyirlər” deyə o bildirib.
Qeyd edək ki, energetika üzrə Avropa komissarı Günter Ettinger
Rusiyanın Avropaya neft və qaz təchizatının “sanksiyalar obyekti
olmalı deyil” deyib. O bildirib ki, Rusiya neft və qaz təchizatına
qarşı bütün sanksiyaları heç vaxt dəstəkləmədiyini bildirib.
Bu arada Almaniya kansleri Angela Merkel Ukraynada olan vəziyyətlə
əlaqədar Rusiyaya qarşı “tutarlı iqtisadi aksiyaların” tədbiqinə
çağırıb. Bundan əlavə o bunun “mümkün olduğu qədər tez” həyata
keçirilməsini istəyib.
21 iyul tarixində Britaniya baş naziri Devid Kameron Avropanı
Rusiyaya qarşı sanksiyaların 3-cü mərhələsinə keçməyə çağırıb. Bu
sanksiyalar müxtəlif yönlərdə eləcədə enerji sahəsində olacaq.
Kameronun sözlərinə görə “Rusiya Ukraynadakı münaqişəni
alovlandırdıqca onun Avropa bazarına, Avropa kapitalına, Avropanın
elmi nailiyyətləri və texnologiyalarına çıxışı bağlanmalıdır”.
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək