Dünya
Burada bir gündə 91 min yoluxma qeydə alındı - REKORD YENİLƏNDİ
Sentyabrın 1-dən etibarən dünyada COVID-19 infeksiyasına ən çox yoluxma halı Hindistanda qeydə alınır.
Publika.az pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, son sutka ərzində koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda 90 min 600 nəfər COVID-19 xəstəliyinə yoluxub. Beləliklə Hindistan ardıcıl 4-cü gün dünya üzrə ən çox yoluxma rekordunu yeniləyib.
Həmçinin ötən sutka ərzində Hindistanda 1044 nəfər COVID-19 xəstəliyi səbəbindən dünyasını dəyişib.
İndiyə qədər ölkədə 4 milyon 110 min 839 yoluxma halı qeydə alınıb, xəstəlik səbəbindən ölənlərin sayı isə 70 min 679 nəfərə çatıb.
Hindistan həm COVID-19 infeksiyasına yoluxanların, həm də ölənlərin sayına görə ABŞ və Braziliyadan sonra üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?