Çin sərhədlərini dünyaya açdı
Bizi izləyin

Dünya

Çin sərhədlərini dünyaya açdı

Çin koronavirus pandemiyası səbəbilə xarici ölkə vətəndaşlarına qoyulan ölkəyə giriş qadağasını ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Milli Miqrasiya İdarəsi ortaq açıqlama yayıb.

Açıqlamaya əsasən, iş, şəxsi münasibət və ailə vəziyyəti səbəbilə Çində viza və yaşayış icazəsinə sahib insanlar 28 sentyabrdan etibarən ölkəyə geri qayıda bilər. Bundan başqa, viza və yaşayış icazəsinin müddəti bitənlər yenidən əldə etmək üçün müraciət edə bilər.

Ölkəyə geri qayıdanlar 2 həftəlik karantin və epidemik nəzarət qaydalarına riayət etməlidir.

Qeyd edək ki, 28 martdan etibarən Çinə giriş qadağan olunmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm