Pakistanda daha 799 nəfər koronavirusa yoluxdu
Bizi izləyin

Dünya

Pakistanda daha 799 nəfər koronavirusa yoluxdu

Son sutka ərzində Pakistanda COVID-19-a 799 nəfər yoluxub, pandemiya dövründə viruslu xəstələrin sayı 308 min 217 nəfər olub.

Publika.az Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada virusdan 5 xəstə vəfat edib, ölənlərin sayı 6 min 437 nəfərə çatıb. Xəstəxanalarda 7 min 388 nəfərin olduğu bildirilir, onların 548-i ağır vəziyyətdədir.

Qeyd olunur ki, indiyədək 294 min 392 xəstə sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm