Dünya
Azərbaycan Rusiya ilə təlim keçirdi
Dövlət sərhəd xidmətinin sahil mühafizəsi əməkdaşları
rusiyalı həmkarları ilə birgə təlimlərdə iştirak
ediblər.
"Azərbaycan respublikası DSX-nin sahil mühafizəsinin sərhəd gözətçi
gəmisi Rusiyadan təlimlərdən qayıdır. Həmin təlimlər Rusiya ilə
birgə keçirilir. Bu dəqiqələrdə həmin sərhəd gözətçi gəmisi sahil
bazasında körpüyə yan alır".
ANS TV-nin məlumatına görə, Azərbaycanın dəniz sərhədçiləri ilk
dəfə olaraq, Dövlət sərhəd xidmətinin və Rusiya Federasiyası
federal təhlükəsizlik sərhəd xidmətinin 2014-2015-ci illərdə birgə
tədbirlər planına əsasən Rusiya ərazisində birgə təlimlər
keçiriblər. Dağıstan şəhərinin cənub hissəsində iyul ayının 21-dən
başlayaraq, 3 gün davam edən təlimlərin əsas mövzusu Xəzər
dənizindən bioloji resursların qorunması, beynəlxalq terrorizmə,
qeyri leqal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizə olub.
Təlimlərdə Azərbaycan tərəfdən 1 sərhədçi gözətçi gəmisi, 2 sürətli
kater, Rusiya tərəfdən isə 3 gəmi və bir iri sürətli kater iştirak
edirdi.
Sahil mühafizəsi şöbə rəisi Vaqif Məmmədov təcrübə xarakterli belə
təlimlərdə rusiyalı həmkarlarının Azərbaycan dövlət sərhəd
xidmətinin təcrübəsinə çox önəm verdiyini deyir.
Vaqif Məmmədov deyir ki, "Rusiyalı həmkarımız bizi yüksək səviyyədə
qarşılayaraq təcrübəmizə böyük maraq göstərrlər. Hər iki tərəflər
öz təcrübələrini bölüşdürərək təlimlərini keçirmişlər. Təlimlərin
keçiriliməsində öz təkliflərini veriblər , ümumi razılığa
gəliblər".
Təlim qarşılıqlı əlaqələrin yaradılması və məlumat mübadiləsinin
aparılması, qüvvə və vasitələrin təyin olunmuş rayona çıxarılması,
sərhədi pozmuş üzmə vasitələrinin axtarışının həyata keçirilməsi,
aşkarlanması və təqib edilməsi, xəbərdarlıq atəşi ilə gəminin
dayandırılması və digər taktiki epizodlarından ibarət olub.
Sahil mühafizəsində şöbə rəisi Vaqif Məmmədov vurğulayır ki,
"Rusiya Federasiyasının Xəzər dənizinin müəyyən təyin olunmuş
rayonunda sərhəd pozucusunu aşkar edərək izləməyə başlayır. Həmin
şəxs tabe olmayaraq, bizim istiqamətdə hərəkət edir. Və nəzərə
alsaq ki, həmin istiqamətdə bizim gəmi şərti xidmət apırırdı və
köməklik edilməsi məqsədi ilə Rusiya Federasiyası tərəfi həmin
rejim pozucusunun qarşısını alır".
Belə təlimlərin hər iki ölkənin sərhəd xidməti əməkdaşlarının
peşəkarlığının artırılmasına müsbət təsir edəcəyini deyən sərhəd
xidmətinin rəsmisi bildirdi ki, onlar təlimlərdən əvvəl Dağıstanın
paytaxtında şəhəri gəzərək, voleybol oynayaraq yoldaşlıq görüşü
keçiriblər. Vətənə də kubokla qayıdıblar.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ