Dünya
BMT-nin Qəzza ilə bəyanatı fələstinli diplomatın xoşuna gəlmədi
BMT-nin Təhlükəsizlik Şurası Qəzza zolağında dərhal və şərtsiz atəşkəsin elan edilməsinə çağırışı fələstinli diplomatın xoşuna gəlməyib.
ANS PRESS-in məlumatına görə, Təhlükəsizlik Şurasının bu gün Yaxın
Şərqdəki vəziyyətlə bağlı fövqəladə iclasındakı bəyanatda
səsləndirilib. Bəyanatda bildirilir ki, İsrail və Fələstinin HƏMAS
hərəkatı hərbi əməliyyatların uzunmüddətli dayandırılmasına nail
olmaq üçün səy göstərməlidir. Atəşkəs isə dinc sakinlərə humanitar
yardımın çatdırılmasını təmin etmək üçün vacibdir.
Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur isə Təhlükəsizlik
Şurasının bəyanatından dolayı narazılığını ifadə edib. Fələstinli
diplomatın sözlərinə görə, BMT İsraildən öz qoşunlarını Qəzza
zolağından çəkməyi tələb etməli idi.
İyulun 8-də İsrail ordusunun Qəzza zolağında başlatdığı əməliyyatlar nəticəsində əksəriyyəti dinc sakinlər olmaqla, 1060-dan çox fələstinli və 43 İsrail hərbçisi həlak olub.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...