Filippində yer yerindən OYNADI
Bizi izləyin

Dünya

Filippində yer yerindən OYNADI

Filippində güclü zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Vulkan və Zəlzələ Elmi İnstitutu məlumat yayıb.

Bildirilib ki, Luzon əyalətində yerli vaxtla 07:43 radələrində 6.3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

74 kilometr dərinlikdə tektonik hərəkətlər nəticəsində meydana gəldiyi təyin olunan zəlzələnin episentri Calatagan olub.

Zəlzələdən sonra təkanların artacağı gözlənilir.

Səlahiyyətli orqanlar sunami barədə xəbərdarlıq etməyib.

Zəlzələ nəticəsində can və ya əmlak itkisi olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm