Dünya
İğdırlılar Ermənistan sərhədinə yürüş edəcək
İğdırda yaşayan azərbaycanlılar Ermənistanla sərhəddə yerləşən Əlican sərhəd-keçid məntəqəsinə yürüş etməyə hazırlaşır.
Bu barədə Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin
rəhbəri Göksəl Gülbəy xəbər verib. O, Ermənistanla döyüşlərdə
Azərbaycan hərbçilərinin şəhid olması xəbərinin İğdırda ağrı ilə
qarşılandığını bildirib.
“Dünən şəhərimizdə yaşayan Azərbaycan türkləri ilə söhbət etdik.
Hamısı üsyan edir, deyir ki, nə qədər gözləyəcəyik? Hətta "sərhədə
kimi yürüş edək" dedilər. Amma biz Azərbaycanın reaksiyasını
gözləyirik. Buradakı insanlar üzülür. "Azərbaycan şəhid verdi"
deyəndə gözü dolan insanlar gördüm. Sanki Türkiyədə bir əsgər şəhid
olub. Biz Azərbaycanı hər zaman dəstəkləyirik. Lazım gəlsə, bu
yolda canımızı da verməyə hazırıq”.
Göksəl Gülbəy təşkilatına üzv olan 150 iğdırlı qadın və kişinin
daha əvvəl Azərbaycanın Qarsdakı baş konsulluğuna müraciət etdiyini
və müharibə olarsa, müharibədə iştirak etmək istədiklərini bəyan
edib.
“İllərdir burada PKK ilə mübarizədə minlərlə şəhid verdik.
Azərbaycanın şəhid verməsinin nə demək olduğunu çox gözəl
anlayırıq. Bu hissləri o qədər yaşadıq ki, Azərbaycanı bizdən yaxşı
heç kəs anlaya bilməz”.
Türkiyə Azərbaycan Dərnəyinin İğdır şöbəsinin rəhbəri Sərdar Ünsal
da açıqlamasında Ermənistanı sərt tənqid edib.
“Ermənilər nə etdiklərini bilmirlər, fikrimcə, dünyadakı böyük
dövlətlər Azərbaycanda vəziyyəti qarışdırmaq istəyirlər. İraqda,
Suriyada olduğu kimi. Amma Azərbaycan dövləti güclüdür və bu
qarışdırma işinə fürsət verməyəcək, ermənilərə lazımı dərsi
verəcək. 11 əsgərimizin şəhid edilməsi bizi dərindən
yaralayıb”.
Qarslı ziyalı Çətin Adıgözəl Azərbaycan xalqının hər bir kədərinin
Türkiyə, xüsusilə də Qarsda yaşayanlar üçün də kədər olduğunu
deyib.
“Əgər Azərbaycanda kəsərli bir ortam varsa, bir qardaş kimi, bir
dost kimi bunu biz sizinlə paylaşırıq. Bunu bilin. Biz çox
narahatıq, kaş ki, əlimizdə imkan olaydı, biz də o yerlərdə
olaydıq. Qardaşlarımıza hər cür dəstəyi verəydik”.
O Qarsda yaşayan azərbaycanlıların erməni zülmündən uzun illər
əziyyət çəkdiyini, öz dədə-baba yurdlarından qaçaraq Türkiyəyə
sığındığını deyib. /bizimyol.info/
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü