Merkel Baydeni ölkəsinə dəvət etdi
Bizi izləyin

Dünya

Merkel Baydeni ölkəsinə dəvət etdi

Almaniya Kansleri Angela Merkel və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə AFR Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kansler Baydeni ABŞ Prezidenti postuna keçməsi münasibətilə təbrik edib, Ağ Ev rəhbəri ilə beynəlxalq məsələlər barədə müzakirə aparıb. Tərəflər xüsusilə Əfqanıstan və İranla bağlı məsələlərdən danışıb, ticarət və iqlim siyasətini, pandemiya ilə bağlı vəziyyəti müzakirə ediblər.

O cümlədən, Merkel Baydenin Ümumdünya Səhiyyə Təşkilatına üzvlüyü bərpa etmək və iqlim üzrə Paris razılaşmasına qayıtmaq qərarını alqışlayıb

Məlumatda o da qeyd olunub ki, Kansler pandemiya ilə bağlı vəziyyət imkan verən kimi, Prezident Baydeni Almaniyaya səfərə dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm