Dünya
“Ərdoğan namizədlikdən çəkilsin”
Türkiyənin müxalif partiyalarından olan Milliyyətçi
Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Burdurda görüş
keçirib.
ANS PRESS-in məlumatına görə, Türkiyədə prezident seçkisinə sayılı
günlər qalmış vahid namizədlə çıxış edən müxalif partiyaların
liderləri ölkənin müxtəlif yerlərində seçicilərlə görüşlər
keçirirlər. Burdurun Ağlasun rayonuna səfər edən MHP sədri Devlet
Bahçeli seçkidə real namizəd olaraq görülən baş nazir Rəcəb Tayyib
Ərdoğan haqqında kəskin fikirlər səsləndirib.
“Yaxın Şərq qaynayır. Bir çox savaşın kökündə şiə-sünni məsələsi
dayanır. Bunu Türkiyədə ələvi-sünni şəkli ilə yansıtmaq istəyirlər.
Bunları ayırmaq olmaz. Sabah əgər burada bir alov qalxarsa,
qarşısını almaq olmaz, Yaxın Şərqi də ötüb keçər. Türkiyədə
insanların yığılmış hirsləri bir gün partlasa, nə ortada AKP
qalacaq, nə də digər siyasi partiyalar.”
Müxalif partiya sədri keçirdiyi narahatlığı daha sonra bu cür davam
edərək, AKP seçicilərinə səslənib:
“Xüsusilə AKP-yə səs verən qardaşlara səslənirəm; ya namizəd olan
Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edin ki, yalan danışmaq, şər
atmaq, qaralamaq kimi üslubundan əl çəksin, ya da bu namizədlikdən
çəkilsin”
Qeyd edək ki, Devlet Bahçeli çıxışında onu dinləyənlərdən seçkidə
Ekmeleddin İhsanoğluna səs vermələrini istəyib.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."