İraqda dəhşətli terror: 7 ölü, 11 yaralı
Bizi izləyin

Dünya

İraqda dəhşətli terror: 7 ölü, 11 yaralı

İraqın Ənbar vilayətinin Ər-Rəmadi şəhərində növbəti terror aksiyası baş verib.

Publika.az "Al-Sumaria" telekanalına istinadla xəbər verir ki, avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Hadisə yerli özünümüdafiə dəstələri başçılarının İraq hərbçiləri ilə görüşünün keçirildiyi ərazidə qeydə alınıb.

Partlayıcının quraşdırıldığı pikap öncədən hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Lakin mütəxəssislər qurğunu zərərsizləşdirməyə çalışarkən partlayış baş verib.

Terror aktının İŞİD tərəfindən törədildiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm