Dünya
ÜST-dən ÜZÜCÜ AÇIQLAMA: Reanimasiyalar doludur, insanlar ölür
Pandemiya bitməkdən çox uzaqdır, ancaq aylar ərzində görülən tədbirlərlə vəziyyəti nəzarət altına almaq olar.
Publika.az xəbər verir ki, bu sözləri ÜST rəhbəri Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, toplumların və iqtisadiyyatların açıldığını, səyahət və ticarətin davam etdiyini görmək istəyirik: "Ancaq hazırda bir çox ölkədə reanimasiya şöbələrində yer yoxdur, insanlar ölür. Nikbin olmağımız üçün bir çox səbəbimiz var. İlin ilk 2 ayında yoluxma və ölüm hallarında azalma bu virusun və onun növlərinin dayandırıla biləcəyini göstərir", - Qebreyesus bildirib.
O qeyd edib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı ardıcıl yeddi həftədir artmaqdadır, virusdan ölüm halları bir aydır artır.
“Yanvar və fevral aylarında dünyada koronavirusa yoluxma hallarında altı həftə dalbadal azalma müşahidə edilmişdi. Artıq indi ardıcıl yeddinci həftədir yoluxma saylarında artım qeydə alınır və dörd həftədir ölüm faktları da artmaqdadır”, - o deyib.
ÜST baş direktoru COVID-19-un adi qrip olmadığını və ekspertlərin virusun insan orqanizminə uzunmüddətli təsirlərini hələ bilmədiklərini, bu səbəbdən də ehtiyat tədbirlərinə riayət etməyə davam etməyin zəruri olduğunu vurğulayıb.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər